Azərbaycan Türkiyə ilə birlikdə Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamalıdır

 

Türkiyəmizin şanlı Türk ordusu Suriyanın şimal ərazisində yerləşən Afrin bölgəsində hərbi əməliyyatlar keçirməyə başladı. Türk ordusunun Afrində hərbi əməliyyatlara başlamasına səbəbə ABŞ-ın və onun kimi dövlətlərin Suriyanın bu bölgəsində də YPG adı altında əslində PYD/PKK kimi terrorçu qüvvələrə dəstək verməsi, hətta terrorçulardan ibarət "ordu” yaradaraq Türkiyəylə sərhədlərdə yerləşdimək niyyətidir. Türkiyə rəhbərliyi haqlı olaraq öz sərəhdləri yanında, yəni yanı başında terrorçu "ordu”nun qurulmasına izin vermir. Çünki ABŞ-ın, eyni zamanda ondan heç də geri qalmayan Rusiya Federasiyasının əsil niyyəti Türkiyəni dörd bir yandan onların əlinin oyuncağı olacaq terrorçu "dövlətlər”lə sarımaqdır. Türkiyə rəhbərliyi çox yaxşı bilir ki, Türk düşmənlərinin əsil məqsədləri Türk-İslam dünyasının ən güclü və aparəcə dövlətini sıradan çıxarmaq üçün qollarını sıvamışlar. Belə olduğğu təqdirdə Türk ordusunun bütün bunları bir kənardan, heç nə baş verməmiş kimi izləməsi yol verilməzdir. Mən bir Azərbaycan Türkü olaraq, Azərbaycan Türk aydını olaraq Türk ordusunun terrorçuları bölgədən təmizləmək üçün başladıqları hərbi əməliyyatları birmənalı şəkildə dəstəkləyirəm! Hesab edirəm ki, Türk Ordusu bir gün bu cür hərbi əməliyyatları Azərbaycan ordusu ilə birlikdə Dağlıq Qarabağda da aparacaqdır, aparmalıdır da. Ona görə də Türk ordusunun artıq bir neçə ildir ki, başladığı və bu gündə Suriyada davan etdirdiyi hərbi əməliyyatları dəstəkləyirəm. Ümid edirəm ki, Türk ordusu Suriyanı ABŞ və Rusiyanın (onların digər yandaşlarının) dəstəklədiyi terrorçulardan təmizlədikdən sonra, növbə İraq və Azərbaycan ərazisindəki terrorçu qruplaşmalara gələcəkdir. Belə bir gündə yalnız Azərbaycan türklərini deyil, bütün Türk xalqlarını, onun aydınlarını Türk Ordusunun Suriyada başladığı hərbi əməliyyatlara dəstək verməyə çağrıram!

Bütöv Azərbaycan Ocaqlarının Türk Dünyasıyla Əlaqələr üzrə müavini, doç.dr. Faiq Ələkbərli (Qəzənfəroğlu)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300