Moskvada zibil qutuları Azərbaycan bayrağının rəngləri ilə "bəzədilib” – FOTOLAR

 

Moskvada   məşhur "Mega” Ticarət Mərkəzində yerləşdirilmiş zibil qutularının üstü Azərbaycanın dövlət bayrağının rəngləri ilə "bəzədilib”.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Moskvada yaşayan soydaşımız Pərviz Səfərov özünün "Facebook” səhifəsində paylaşıb. O, zibil qutularının yazıda təqdim olunan fotolarını Rusiya paytaxtındakı "Mega” Ticarət Mərkəzində çəkib.

Şəkillərdən göründüyü ki, zibil qutularının üzərində Azərbaycanın dövlət bayrağındakı rənglər həkk olunub.

Zibil qutusunun üstündə yazılmış "Цвет имеет значение” ("Rəngin əhəmiyyəti var”) yazısı isə bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir.

Qeyd edək ki, bu, Rusiyadan Azərbaycana qarşı ilk sayğısızlıq deyil və yəqin ki, sonuncu da olmayacaq.

Buna qədər də şimal qonşumuz rəsmi və ya qeyri-rəsmi səviyyədə Azərbaycana yönəlik yumşaq desək, dözümsüz münasibətini heç vaxt gizlətməyib. 30 il əvvəl Dağlıq Qarabağ münaqişəsini alovlandıran Rusiya, SSRİ-nin süqutundan sonra Azərbaycan ərazilərinin işğal olunmasında birbaşa iştirak edib. Qarabağ müharibəsinin davam etdiyi müddətdə ermənilərə hərbi, siyasi, iqtisadi və informasiya dəstəyi verən Kreml bu siyasətini indi də davam etdirməkdədir.

Moskvada Dağlıq Qarabağ separatçı rejiminin "daimi nümayəndəliyi”nin fəaliyyət göstərməsi, bu rejim təmsilçilərinin Rusiyaya intensiv səfərlərinin təşkili və onlara Rusiya mediasında həvəslə tribuna verilməsini xatırlatmaq kifayətdir. Son dövrlərdə isə bu həyasızlıq o həddə çatıb ki, Rusiyada nəşr olunan bir sıra ensiklopediyalarda Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejim "müstəqil dövlət” statusunda göstərilib.

Qısaca desək, Rusiya kimə dost, kimə düşmən olduğunu hər addımda ən açıq formada nümayiş etdirməkdədir. Dövlət bayrağımıza həqarət isə bu münasibətin tərkib hissəsidir.

Sonda onu deyək ki, Pərviz Səfərov kimi, hər birimizə maraqlıdır: Moskvadakı səfirliyimiz və diaspor təşkilatlarımız bu sayğısızlığı aradan qaldırmağa cəhd edəcəklərmi?

Onu da qeyd edək ki, Rusiyada bir çox ticarət mərkəzlərinin sahibləri ermənilərdir. Buradan nədənsə, rus qarışıq erməni qoxusu gəlir.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300