"Sümük əriməsinə səbəb olur”- Çayxorlara bəd xəbər- VİDEO

İçdiyimiz çay sağlamlıq üçün riskdir.

 

Bunu həkim Rizvan Məmmədov deyib.

 

O bildirib ki, çayın qida maddələri ilə zəngin olduğu hamıya məlumdur, lakin çayın çox içilməsi sümük əriməsinə gətirib çıxarır:

 

"Artıq maye kalsiumu bədəndən çıxardır. Nəticə etibarilə görürsünüz ki, insanlarda sümük sınması halları baş verə bilir. Buna görə də imkan daxilində çayı daha az qəbul etmək lazımdır.

 

Qeyd olunan proses orqanizmdə gizlin gedir. Yalnız sümük tam kövrəldikdən sonra - qırılan zaman büruzə verir. Çayın tərkibindəki kofein və tanin miqdarı baş ağrısına və yuxusuzluğa səbəb ola bilir. Çayın dəmlənmə qaydalarında əməl etmək şərtdir - uzun müddət dəmlənməsi orqanizmə zərərlidir" .

 

Həkim R. Məmmədov onu da qeyd edib ki, yaşlı, ürək xəstəsi olan insanlar, hiportoniklərin həddindən çox çay qəbul etməsi məsləhət deyil:

 

"Çayın tərkibində kofeinə bənzər maddələr ürək döyüntüsünü artırır. Tünd rəngli çayın tərkibində kofein miqdarı çox olduğundan asılılıq yaradır. Odur ki, rəngi nə qədər açıq olsa, bir o qədər yaxşıdır. Qaynar çay müxtəlif mədə xəstəliklərinə səbəb olur".

 

Rizvan Məmmədov çayın armudu stəkanda içilməsini məsləhət bilib:

 

"Çalışmaq lazımdır ki, çay gün ərzində 2 ya 3 dəfədən artıq içilməsin. Çay içilən zaman maksimum istilik 56 dərəcə olmalıdır. Ac qarına tövsiyə edilmir, yeməkdən əvvəl qəbulu mədə şirəsini azaldır, proteinin mənimsənilməsini ləngidir.

 

Mütəxəssislərin fikrincə, çayı yeməkdən 20-30 dəqiqə əvvəl və ya sonra içmək məsləhət görülür.

 

Dahi Nizami Gəncəvi nahaq yerə deməyib: "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”...

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300