Sabirabad və Neftçalada bir neçə nəfərdən silah götürüıüb 

 

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kürqarabucaq kəndində yaşayan Absalam Mustafayevin evinə baxış keçirilib və oradan müvafiq sənədləri olmayan "TOZ-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Bu barədə musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Bulaqlı kənd sakini olan 4 nəfərdən ümumilikdə 4 ədəd - 2 "TOZ”, 1 "İJ” və 1 "Simson” markalı tüfənglər götürüblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən isə Qobustan qəsəbəsinin ərazisində "Beretta” markalı tapança, 1 patron darağı və 3 ədəd patron tapılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300