Bruqada sindromu: qəflətən ürəyiniz dayana bilər...

 

Qəflətən ürək dayanması son vaxtlar, xüsusən, gənclər arasında artıb. Bəzən tamamilə sağlam adamın ürəyi qəflətən dayanır. "Bruqada sindromu” deyilən bir bəla peyda olub.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış həkim Vaqif Qarayev qeyd edib. O bildirib ki, bəzən EKQ müayinəsi zamanı insanın ölümün bir addımlığında olduğu üzə çıxır:

"Amma həmişə belə olmur. Əksər hallarda insanlar ölümə qədər ürək-qan damar sistemində problemlər yaşayır. Ürəyin qəflətən dayanması jurnalistə, həkimə, pinəçiyə baxmır. Vaxtında müdaxilə olunmasa, qəflətən dayanacaq.

Zərərli vərdişlər, artıq çəki, arterial təzyiqin yüksək olması, diabet, hipodinamiya (hərəkətsizlik) və s. risk faktorlarıdır. Vaxtaşırı bəzi müayinələrdən keçmək lazımdır. "Vaxtım, pulum yoxdur” deyənlər hər gün kafe-restoranlardan şəkil paylaşırlar. Nuş olsun, amma ildə bir dəfə də olsa, kardioloqunuza müraciət edin”.

Qeyd edək ki, ötən gün tanınmış jurnalist Nicat Məlikov 39 yaşında infarktdan dünyasını dəyişib.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300