Salyanda 20 və 22 yaşlarında iki oğlan bıçaqlanıb

 

Bu gün günorta saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan şəhəri "Plastik” yaşayış massivinin Ş.Ə.Hüseynzadə küçəsində yaşayan 20 yaşlı Cəfərov Nurməmməd Telman oğlu və 22 yaşlı Abdullayev Toğrul İlham oğlu Salyan şəhər sakini olan iki qardaş tərəfindən bıçaqlanıb.

Yaralılar dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yeddi bıçaq xəsarəti alan Nurməmməd Cəfərovun vəziyyəti ağır olduğundan dərhal əməliyyata götürülüb. Toğrul Abdullayev isə sinə nahiyəsindən bir bıçaq xəsarəti alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Salyan şəhər sakini olan iki qardaş saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Əməliyyat olunmuş hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300