Vətənşüvənlər, kosmopolitlər, hərşeyşünaslar...

Rusiya tarixçisi M. Levitinski Vətənə münasibətdə rus xalqını üç qrupa bölürdü :

1.”qıcqırmış vətənpərvərlər” -əcnəbilərə məxsus hər şeyi mühakimə edib ancaq ruslara aid məziyyətləri tərifləyirək, istənilən münaqişəni çox sadə "həll edirlər” : "məhv edərik”.

2. sol təmayüllü xəyalpərvər insanlar – bunların fikrincə ziyalı insanlar "bütün bəşəriyyəti eyni dərəcədə sevməlidirlər”.

3.Vətəni həqiqətən sevərək əcnəbilərə xas olan məziyyətlərin hamısını mühakimə edərək, rusları gözüyumulu tərifləməkdən uzaq olub, öz millətindəki çatışmazlıqlara göz yummayanlar.

Bəs bizdə?

Xüsusilə də sosial şəbəkələrdə neçə illik müşahidələrdən sonra bu fikrə gəlmişəm ki, bizdə bu qrupların sayı üçdən xeyli çoxdur:

1."VƏTƏNŞÜVƏNLƏR”.Millətimin çatışmayan cəhətini dilə gətirənləri "didib-parçalamağa”, hər bayram günlərində növbəti ili "işğal edilmiş torpaqlarımızda qeyd etməyə” hazır olsalar da, bircə dəfə də olsun əllərində silah tutmayanlardır. Bu tip insanların əsas hobbiləri boşboğaz-boşboğaz statuslar yazmaq və istər dünnyasını dəyişmiş,istərsə də sağ olan az-çox məşhurlarla şəkil çəkib paylaşanlardır.Bu tip insanlar üçün milli-mənəvi dəyərlərin boğazdan yuxarı "təbliği” ancaq öz rifahı üçün Millətimi sevən sadəlövh insanların əvvəlcə ürəklərinə,sonra isə ciblərinə girmək vasitəsidir.

2."HƏRŞEYŞÜNASLAR”. Özləri tarixçi olmasalar da mütəxəssislərin Millətimin tarixinin müxtəlif dövrlərindən danışdıqlarına görə onları qınayaraq,əcaib-qəraib saçmaları ilə gah diplomatiyadan,gah incəsənətdən, gah milli münaqişələrdən, gah ictimai-siyasi proseslərdən,gah mədəniyyət tarixindən,hətta zoologiya və botanikadan da yazanlardır.

3."İSLAMÇILAR”.Bu kateqoriyadan olan soydaşlarımızın təəssüf ki çox az qismi İslam dininin bütövlüyünü təbliğ etsələr də, xeyli qisim dindaşlarımız İslamın bölündüyü müxtəlif məzhəb, təriqət və cərəyanlara bağlılıqlarını nümayiş etdirməklə, özləri də bilmədən o bölgülərü himayə edən siyasi qüvvələrin əllərində alətə çevrilirlər. Əslində İslam dini bir tərəfdən etnik cəhətdən Türk,İran və Qafqazdilli Azərbaycan vətəndaşlarının birliyinin təminatçısıdırsa,digər tərəfdən Azərbaycanı İslam Dünyası ilə bağlayan bir körpüdür.

4."TÜRKÇÜLƏR”. Azərbaycan əhalisinin böyük əksəriyyətinin Türk olmasını, son iki əsrdə onun istər Quzey,istərsə də Güney hissəsində gerçək tariximizin və etnonimimizin unutdurulmağa çalışılmasını nəzərə alsaq o zaman bu fikir cərəyanı nümayəndələrinin haqlılığını dilə gətirməliyik. Lakin təəssüf ki, bəzən türkçülüyün qeyri-peşakarlar tərəfindən təbliği bir tərəfdən Azərbaycanın qeyri-türk əhalisi tərəfindən təpki ilə qarşılandığı kimi,digər tərəfdən də sonda Osmanlı-Səfəvi qarşıdurmasının qızışdırılmasına gətirib çıxardır.Bu isə daha çox uzun illər boyu Azərbaycanın Türk sülaləri (Səfəvilər,Əfşarlar,Qacarlar) tərəfindən idarə olunmuş dövlətin İran adlandırılması və hazırda bir neçə peşəkar tarixçilər istisna olunmaqla, Türkiyə tarixşünaslığında bu halın hələ də davam etdirilməsi ilə bağlıdır.

5."RUSİYAPƏRƏSTLƏR”. Bu cərəyanın təmsilçilərinin böyük əksəəriyyəti hələ də "sovet cənnəti” nostalgiyası ilə yaşayan soydaşlarımızdır. Lakin onu da nəzərə almaq lazımdır ki, istər çar, istərsə də sovet Rusiyasının işğalı altında olsa da bu ölkə Azərbaycanın Quzey hissəsi üçün dünya sivilisaziyası ilə tanışlıq üçün "pəncərə” rolunu oynamışdır.Təəssüf ki,soydaşlarımızın bu qismi tarixi torpaqlarımızın heç olmasa kiçik bir hissəsində qazandığımız müstəqil dövlətçiliyə o qədər də inamla yanaşmırlar.

6."KOSMOPOLİTLƏR”. Soydaşlarımızın bu qismə aid olan kəsimi son 20 ildə yaranmağa başlamışdır. Bunlar üçün milli-mənəvi dəyərlər "arxaizm”, "geridə qalmışlıq” xüsusiyyəti daşıyır. Bu tip soydaşlarımız üçün ənənəvi xüsusiyyət onların geyimlərində (ora-burası yırtıq şalvarlar, saç-saqqal düzümü və s.) seçilir.Təəssüf ki soydaşlarımızın bu hissəsi Avropa və ümumiyyətlə Qərb dünyasının elmi-texniki xüsusiyyətlərini deyil, məişət həyatını mənimsəməyə üstünlük verirlər.

7. Yurdumuzu həqiqətən sevərək, onu ellərə bölməkdən, əcnəbilərin sifarişi ilə öz soyunu-kökünü aşağılamaqdan uzaq olan, bir qarnı ac, bir qarnı tox olsa da başları yadların qoltuğunda olmayan, Millətimin minillər boyu yaratdığı milli-mənəvi dəyərləri qoruyub təbliğ edən, Türk-İslam vəhdəti ilə yoğrulan, hər an əlində silah soydaşlarımız yaşayan istənilən bölgə üçün canını fəda etməyə hazır olan və bunun qarşılığında heç nə ummayanlardır.
ƏZİZ DOST, BU İNSANLARI NECƏ ADLANDIRARDINIZ?".

Tarixçi alim Kərəm Məmmədli


Yazı müəllifin "facebook" hesabından götürülmüşdür.
 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300