Eto`Onun yeni klubu bəlli oldu
"Antalyaspor"dan ayrılan Samuel Eto`Onun yeni klubu müəyyənləşib.
Qol.az-ın məlumatına görə, kamerunlu hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək. 36 yaşlı futbolçu "Konyaspor"a keçib.
Klubun rəsmi saytı Eto`Onun artıq Konyada olduğunu və bu gün onunla müqavilə imzalanacağını açıqlayıb. Türkiyə mətbuatı müqavilə müddətinin 2.5 illik olacağını yazıb.
Qeyd edək ki, Eto`O karyerası ərzində "Real", "Barselona", "İnter" və "Çelsi" kimi klublarda da çıxış edib.