Facebook hesablarımızı necə qoruyaq?- CAVAB

"Facebook” və digər sosial şəbəkələr ünsiyyət üçün əlavə üstünlüklər və çeviklik yaratsa da, tərəfdən profilin oğurlanması informasiya sızıntısına, şəxsi mesajların yayılmasına səbəb ola bilər.

Eyni zamanda, oğurlanmış profil digər şəxslərin şərəf və ləyaqətinin təhqir edilməsi, böhtan atılması üçün bir vasitəyə çevrilir. Bəs, sosial şəbəkə hesablarının təhlükəsizliyi necə təmin edə bilərik?

Minval.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bu qəbildən olan hadisələrin adi informasiya təhlükəsizliyi tələblərini yerinə yetirməməkdən baş verdiyini qeyd edib:"İnformasiya təhlükəsizliyinin təminatı üçün mürəkkəb şifrələrdən istifadə etmək lazımdır. Sadə şifrələri məsələn, 123456 və öz adınızı istifadə etməyin. Şifrə ən azı 8 simvoldan ibarət olmalı, böyük və kiçik hərflərdən istifadə olunmalıdır. Hüquqi şəxsin, bir şirkətin sosial şəbəkədəki səhifəsində texnologiya baxımdan bütün təhlükəsizlik tədbirləri görülə bilər, ancaq yenə də insan faktorunu unutmaq olmaz, bir səhifənin adminlərindən biri şifrəni başqa insanların yanında daxil edə və ya hesabdan çıxış etməyə bilər. Təhlükəsizlik tədbirləri insan faktoru da nəzərə alınıb, kompleks şəkildə görülməlidir”.

İlgili resim

 

Osman Gündüz profil və ya səhifənin oğurlanmasından sonra atıla biləcək addımlardan da bəhs edib:"İlk növbədə, fiziki və ya hüquqi şəxsin sosial şəbəkə hesabının oğurlanması qanun pozuntusudur. Qeyri-dövlət sektorunda bu cür məsələlərin həlli üçün Rabitə və Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizliyi mərkəzi fəaliyyət göstərir. Profillərin ələ keçirilməsinin cinayət tərəfini hüquq mühafizə orqanları araşdırmalıdır, ancaq sadəcə metodiki informasiya dəstəyinə ehtiyac varsa, Elektron təhlükəsizlik mərkəzi məhz bu zaman xidmət göstərir. Profiliniz ələ keçdikdə tez bir zamanda bu mərkəzlə əlaqə saxlamalısınız. İkinci addım kimi sosial şəbəkənin öz texniki heyəti ilə danışıqlar aparılmalıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi də internet istifadəçilərinə sosial şəbəkələrdə bu təhlükəsizlik qaydalarına əməl etməyi məsləhət verir.

– Kompüterinizin müdafiəsini gücləndirin: Təhlükəsizlik qaydalarına riayət etməyə siz öz kompüterinizi yoxlamaqdan başlamalısınız. Çünki kompüterinizdə ziyanverici proqramlar mövcud olduğu halda asanlıqla sizin e-poçt və sosial şəbəkə hesablarınızın şifrləri oğurlana bilər.

– Sizə gələn mesajlarla diqqətli olun: Bəzən Facebook-da elə mesajlar qəbul edirik ki, bunlar bizi hər hansısa keçidə klikləməyə və ya proqramı yükləməyə dəvət edir. Əgər "Gələnlər qutusu” bölməsinə bu cür mesajlar daxil olubsa, həmin mesajdakı linklərə əsla keçid etməyin və onu spam kimi işarələyin. Reklamlardakı linklər çox vaxt məqsədli olaraq sizin hesabınızı oğurlamaq və ya kompüterinizi korlamaq məqsədilə göndərilmiş ola bilər.

– Tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin: Bəzi şəxslər sizin fərdi məlumatlarınızı, şəkillərinizi ələ keçirmək məqsədilə sizə naməlum hesabdan dostluq göndərə bilər.

Dəniz Kərimzadə, Minval.İnfo

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300