Ərdoğanla Putin arasında telefon danışığı olub

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında yanvarın 31-də telefon danışığı olub.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, R.T.Ərdoğan və V.Putin Suriya böhranının həlli üçün Soçidə keçirilən görüşün nəticələrini, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi əməliyyatı müzakirə ediblər.

Kremlin yaydığı məlumatda isə bildirilir ki, V.Putin və R.T.Ərdoğan telefon söhbəti zamanı həm də Soçidə baş tutmuş Suriya Milli Dialoqu Konqresi barədə müzakirələr aparıblar.

Hər iki ölkə lideri konqresin yekunlarını yaxşı qiymətləndirib.

Xatırladaq ki, Türkiyə XİN 2013-cü ildə Reyhanlıda 52 nəfərin ölümü ilə nəticələnən terror hücumunda iştirak etmiş Türkiyə Xalq Qurtuluş Partiyasının üzvü Mihrac Uralın Soçi konqresinin iştirakçıları arasında olması ilə bağlı dünən rəsmi Moskvadan izahat tələb etmişdi.

Rusiya tərəfi məsələnin araşdırılacağını və bununla bağlı açıqlama veriləcəyini bildirmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300