Erməni polkovnik-leytenantı bıçaqlandı
Fevralın 1-də Ermənistanda polkovnik-leytenant rütbəlişəxs bıçaqlanıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumatda şərti olaraq Q.A. adlandırılan 43 yaşlı zabitin güc strukturlarının birində xidmət etdiyi bildirilir.
O, xəstəxanalardan birinə yerləşdirilib.
Artıq onu bıçaqlayan şəxs - 39 yaşlı Abovyan sakini Vardan Q. saxlanılıb.