DİQQƏT: Bu xəbəri qadınlar oxusunlar- Bu xəstəliklərə yoluxa bilərsiniz

İnsanlar Hepatit, QİÇS, Siflis, Göbələk kimi müxtəlif infeksion və dəri xəstəliklərinə bu gün gigiyenik normalara əməl edilməyən ictimai yerlərdə daha çox yoluxur. Bu yerlər sırasında da gözəllik salonları öndə gəlir.

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimovaMetbuat.az-a açıqlamasında bildirib ki, sterilliyinə əmin olmadığmız gözəlllik salonlarına gedərkən, mütləq şəxsi vasitələrimizi özümüzlə aparmalıyıq:

"Çox müşətirisi olan salonlar vaxt tapıb bütün vasitələri sterlizə edə bilməzlər. Burada Hepatit, Siflis, QİÇS, Göbələk və digər qanla keçən infeksion xəstəliklərə yoluxmaq mümkündür. Daha çox manikur, pedikur zamanı. Hətta bu proses zamanı dırnaq göbələyinə belə yoluxmaq olur. Saçqıran infeksion xəstəliklər sırasında olmasa belə, hər hansı bir insanın darağından istifadə zamanı digər bir şəxsə keçir. Müştəriləri xəsliklərə yoluxdurmamaq üçün salonlarda istifadə olunan əşyalar mütəmadi olaraq sterlizə olumalıdır. Spirtlə təmizləmək sterlizə hesab edilmir. Çünki spirt onu təmizləmir. Əksinə, infeksiyanı yerində daha da möhkəmləndirir. Bunun üçün gözəllik salonlarında mütləq xüsusi təyin olunmuş sterlizə maddələrindən istifadə olunmaldır”.

Gözəlik salonunda hər hansı bir xəstəliyə yoluxmuş müştəri salonu məhkəməyə verə bilərmi?

Hüquqşünas Sunay Ramazanova bildirib ki, salonu həm maddi, həm də mənəvi ziyana görə məhkəməyə verib, təzminat almaq mümkündür. Xəstəliyin salondakı əşyalardan müştəriyə keçməsi sübut olunarsa, həmin salonu bağlatdırmaq da olar. Səmin salon Səhiyyə Nazirliyinin yoxlanışdan keçdikdən sonra cərimə belə oluna bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300