ATƏT PA-nın prezidenti:"Münaqişələrin nizamlanması üçün...”

 

Həlli uzanmış münaqişələrin nizamlanması üçün beynəlxalq oyunçular arasında sıx əməkdaşlığın davam etdirilməsi zəruridir.

Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli Nyu Yorkda BMT-nin yüksək vəzifəli rəsmiləri ilə görüşündə deyib.

G.Sereteli və ATƏT PA-nın baş katibi Roberto Montella Nyu Yorkda BMT Baş Assambleyasının sədri Miroslav Layçak, baş katibin müavini Vladimir Voronkovvə digər rəsmilərlə bir sıra görüşlər keçiriblər.

Tərəflər uzun müddət davam edən münaqişələr, o cümlədən Cənubi Qafqazda həlli uzanmış münaqişələr, habelə humanitar problemlər, miqrasiya və terrorizm məsələlərinə xüsusi diqqət yetiriblər.

G.Sereteli bildirib ki, ATƏT və BMT bir çox sahələrdə tərəfdaşdır: "Hamımızın daha çox sülh, təhlükəsizlik və inkişaf üçün çalışdığımız bir vaxtda bir-birimizin güclü tərəflərindən faydalanmaq çox vacibdir. ATƏT parlamentariləri terrorizmlə mübarizə və miqrasiya problemi ilə bağlı davamlı həll yolları tapmaq və həll edilməmiş münaqişələrin nizamlanması kimi məsələlərdə işləri davam etdirdiyi vaxtda, BMT ilə də bütün bu sahələrdə mükəmməl bir iş qura biləcəyimizə əminəm".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300