Dağıstanda hökumət başçısı vəzifəsini icra edən Abdusamad
Həmidov saxlanılıb
Dağıstanda hökumətinin başçısı vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidov, eləcə də baş nazirin iki müavini saxlanılıb.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
A.Həmidovun evində axtarışlar aparıldığı bildirilir.
Hazırda saxlanılan şəxslər Rusiya FTX-nin regional şöbəsindədirlər.