Müsavat Məclisinin növbədənkənar sessiyası çağırıldı

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadənin 134 illik yubileyi ilə əlaqədar Novxanı qəsəbəsindəki abidəsi önündə Müsavat Partiyasının keçirdiyi tədbiri yüksək qiymətləndirilib.

Divan, dövlət başçısı İlham Əliyevin növbədənkənar Prezident seçkilərinin təyin edilməsi ilə bağlı sərəncamını geniş müzakirə edərək, bu sərəncamın onsuz da məhv edilmiş seçki mühitinin tamamilə aradan qaldırılmasına, opponentlərin prosesdə iştirakına əngəl törədilməsinə yönəldiyini bildirib. Dövlət başçısının heç bir zəruri əsaslar təqdim etmədən növbədənkənar Prezident seçkiləri təyin edilməsi haqda sərəncamı ölkədəki siyasi vəziyyətin müəmmalı olmasına dair ictimaiyyətdə xeyli cavabsız suallar yaratdığı qeyd edilib. Divan hakimiyyətdən növbədənkənar Prezident seçkiləri təyin edilməsinin siyasi səbəbləri və əsasları haqda ictimaiyyətin dərhal məlumatlandırılmasını tələb edib.

Müzakirələrin yekununda Müsavat Partiyasının Divanı yaranmış yeni siyasi şəraitə uyğun, seçkilər haqda partiyanın ali orqanının qərarına ehtiyac olduğunu nəzərə alaraq, fevralın 10-da saat 12:00-da Müsavat Partiyası Məclisinin sessiyasının çağırılması haqda qərar qəbul edib, eyni zamanda yeni siyasi situasiyanın real siyasi qüvvələrlə müzakirə edilməsi məqsədəuyğun sayılıb.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300