b_420_0_16777215_0___images_stories_Xalqtebateti_qanqal2.jpeg

2000 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi.

Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər.

 

XX əsrdə qanqalın qara ciyərə olan xeyirli təsiri Myunxen (Almaniya) farmasevtik institutunda təsdiq olunub. Qanqal dünya farmasevtik sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edilir. Belə dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaqlar xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.

Yuxarıda qeyd etdiyimiz kimi qanqal qara ciyər xəstəlikləri zamanı xüsusilə xeyirlidir. Qanqalın toxumları yığılır, toz halına salınır (qəhvə üyüdən maşında) və hər gün 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu - 1 ay, sonra 1 ay fasilə və təkrar 1 ay qəbul edirlər.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu (və ya 1 xörək qaşığı yarpaqlar və güllər) 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və 1/2 stəkan olmaqla gündə 2 dəfə (nahardan və axşam yatmazdan əvvəl)  qəbul edilir. Belə dəmləmə aterosklerozla mübarizə etməyə kömək edir, mədə-bağırsaq xəstəlikləri, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə durğunluq aradan qaldırır.

Qanqal dəmləməsi həmçinin müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema və s.) zamanı istifadə olunur, civzələr və sızanaqlardan azad olunmağa kömək edir.

Babasildən əziyyət çəkən insanlar qanqal dəmləməsi ilə islatmalar istifadə edə bilərlər. Tənzif qanqal dəmləməsində isladılır və babasil düyünləri üzərinə qoyulur.

Qanqalda müalicəvi yağ hazırlanır. Bu yağ yüksək yarasağaldan xüsusiyyətlərə malikdir. Dəridə müxtəlif yaralar, yanıqlar, düz bağırsaq çatları zamanı istifadə olunur.(saglamolun.az)



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300