İsa Qəmbər: "Hakimiyyət hesablayıb ki, oktyabrda onların vəziyyəti daha ağır olacaq” – Video

 

"Görünür, hakimiyət vəziyyətin ağır olduğunu bizdən daha yaxşı bilir. Hakimiyyət hesablayıb ki, oktyabr ayında onların vəziyyəti indikindən daha ağır olacaq”.

Bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər "AzadlıqRadiosu”nun sualına cavab olaraq, İlham Əliyevin növbədənkənar prezident seçkiləri haqqında sərəncamını şərh edərkən deyib.

İsa Qəmbər qeyd edib ki, böhranın ağırlaşması davam edir və bu böhran nəticəsində cəmiyyətin narazılığı oktyabr ayında pik həddinə çata bilər.

İsa Qəmbər bildirib ki, hakimiyyət eyni zamanda Rusiyada Putin rejiminin sanksiyalarla əlaqədar zəifləyəcəyini, Azərbaycan saxta rejimə dəstək imkanlarının azalacaağını nəzərə alaraq prezident seçkilərinin tezləşdirilməsində maraqlıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300