Rəsulzadənin portreti söküldü: yerində reklam lövhəsi asıldı - FOTOLAR
"28 May" Metrostansiyasında Məhəmməd Əmin Rəsulzadənin portretinin yerində "Kristal Abşeron"un reklamı yerləşdirilib. 

Bu barədə Arqument.az-ın əməkdaşı məlumat verib. 

Belə ki, təmirdən öncə stansiyada demokratik Azərbaycan Respubliksının qurucusu Məhəmməd Əmin Rəsulzadənin portreti vardı. Amma indi şəklin yerində tikdiyi mənzilləri 20 illik ipoteka krediti adı ilə camaata 150-200 min manata satan "Kristal Abşeron"un reklamı yerləşdirilib.

Qeyd edək ki, təmirdən sonra Rəsulzadənin metroda divarın üzərinə həkk olunmuş şəklinin yığışdırılacağı barədə məlumatlar yayılmışdı. Artıq məlumatlar təsdiqini tapdı. Yəqin aidiyyatı qurumların da bununla bağlı açıqlaması olacaq. 

Arqument.az




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300