''ReAL növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacaq''

 

''ReAL növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacaq''

 

''Bu, legitimliyi şübhə doğuran bir addımdır''

 

Respublikaçı Alternativ (ReAl) növbədənkənar prezident seçkilərinin elan edilməsini tələsik və arxasında heç bir ciddi əsasın göstərilmədiyi addım kimi qiymətləndirir.

 

Bu barədə ReAL hərəkatının fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən sərəncam verilərək ölkədə aprelin 11-də növbədənkənar prezidenti seçkilərinin keçirilməsi barədə sərəncamına münasibət bildirən bəyanatında deyilirhttp://www.realpartiya.org/position/72/respublikaci-alternativ-teskilatinin-erken-prezident-seckilerinin-elan-edilmesi-ile-bagli-movqe-senedi

 

Bəyanatda qeyd edilir ki, demokratik ölkələrdə növbədənkənar seçkilərin çağırılması üçün istifadə edilən əsasların heç biri hazırda mövcud deyil və bu İlham Əliyevin vaxtından əvvəl yenidən eyni vəzifəyə yiyələnməsi üçün atılmış legitimliyi şübhə doğuran bir addımdır.

 

"Bu, hakimiyyətin 2016-cı ildə həyata keçirdiyi hüquqazidd Konstitusiya dəyişikiklərinin davamıdır. Növbədənkənar seçkilərin elan edilməsi ilə Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün onsuz da məhdud vəziyyətdə olan imkanlar bir az da məhdudlaşdıırlmış oldu”.

 

Bəyanat müəllifləri hesab edirlər ki, belə məhdudiyyətlərdən biri ReAl sədri, prezidentlik postuna əsas alternativ namizəd olan İlqar Məmmədovun 2013-cü ildən, yəni ötən Prezident seçkilərdən əvvəl həbsdə olmasıdır.

 

"Bundan başqa, çoxsaylı jurnalist və bloggerlər siyasi motivlərlə həbsdədirlər, alternativ informasiya mənbələri hakimiyyət tərəfindən yox səviyyəsinə çatdırılıb, mövcud olanların üzərinə total hücumlar var, həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi basqılar mövcuddur. Məhz bu basqılar nəticəsində ReAl-ın təsis qurutayı keçirərək siyasi partiyaya çevrilməsinə hakimiyyət tərəfindən ciddi maneələr yaradılmaqdadır”.

 

ReAL hərəkatı hesab edir ki, növbədənkənar seçkilərin elan edilməsinin ağlabatan səbəbləri izah edilməyəcəksə, yuxarıda qeyd edilən və qeyd edilməyən digər məhdudiyyətlər aradan qaldırılmayacaqsa, azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlər təmin edilməyəcəksə bu seçkilər legitim ola bilməz və seçki prosesi ümumilikdə "pis hazırlanan teatr tamaşası”ndan başqa bir şey olmayacaq.

 

"ReAl yuxarıda qeyd edilən şərtlərin və İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq və seçiciləri bu tamaşada iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək!”///Meydan Tv

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300