AMEA: Orfoqrafiya qaydalarının sayı artırıla bilər

 

"Orfoqrafiya lüğətinin layihəsindəki qaydaların sayı artırıla bilər".

"Report" xəbər verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, institutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədov "Azərbaycan Dil Qurumu" İctimai Birliyinin Orfoqrafiya lüğəti lahiyəsinin müzakirəsi ilə bağlı keçidiyi tədbirdə deyib.

O bildirib ki, Orfoqrafiya lüğətinin layihəsi ictimaiyyətə təqdim ediləndən sonra geniş müzakirələrə səbəb olub: "İşçi qrupunun üzvləri təklif verənlərin mövqeyindən asılı olmayaraq bütün təkliflərə obyektiv yanaşırlar. Bütün təkliflər pasportlaşdırılacaq. Təkliflərin içində çox dəyərliləri var. Onların üzərində işlənilir, ola bilsin ki, layihədəki təkliflərin sayı artsın. Həmin təkliflər seçilərək müzakirələrə təqdim olunacaq. Bəlkə də qaydaların sayı 80-ə qaldırılsın. Layihə üzərində işçi qrupu çox ciddi işləyir. Bütün yazılara ayrı-ayrı baxılır".

İşçi qrupunun üzvü qeyd edib ki, orfoqrafiya layihəsi məsələsi bir şəkilçi, bir işarə məsələsi deyil, çox ciddi məsələdir: "Orfoqrafiya dilin yox, dilçiliyin problemidir. Dilin müzakirəsi ilə qaydaların müzakirəsi fərqlidir. Bu səbəbdən də mütəxəssis rəyinə ehtiyac var. Bizim üçün dil məsələsi hər şeydən vacibdir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300