ABŞ koalisiyası Suriya ordusunu atəşə tutdu
ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı koalisiya qüvvələri Suriya hökumət ordusunu atəşə tutub.
APA-nın məlumatına görə, hücuma səbəb kimi Fərat çayından şərqdə kürd döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələrinin iqamətgahının atəşə tutulması göstərilib. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.
"Suriyada əsas məqsəd İŞİD-ə qarşı mübarizədir, lakin koalisiyanın özünü müdafiə etmək hüququ var”, - deyə koalisiyasının komandanlığından bildiriblər.