Xanlarkənd kənd tam orta məktəbinin direktoru prokurorun adından necə istifadə edir?30 ilə yaxındır direktor işləyən Lətifə Həsənova bir neçə müəllimi bankda girov qoyub

Təhsil sahəsində aparılan islahatlara baxmayaraq, hələ də bəzi problemlər qalmaqdadır. Xüsusən də rayonlarımızın təhsil sistemində ciddi çatışmazlıqlar mövcuddur.

Nə qədər üzücü olsa da, bildirməliyik ki, son vaxtlar bəzi məktəb direktorlarının müəllimlərin adına kredit götürüb sonradan həmin krediti ödəməkdən boyun qaçırması halları artıb. Xatırlayırsınızsa, bir neçə ay əvvəl 171 saylı məktəbin direktoru İradə Murğuzovanın adı kredit qalmaqalında hallandırılmış və o işdən çıxarılmışdı. Belə ki, bu xanım tabeliyində olan bir neçə müəllimin adına kredit götürərək ödəməkdən imtina etmişdi.


 e401b3a0261e

Biz fikirləşirdik ki, direktorun cəzalandırılması digər məktəb rəhbərlərinə də dərs olacaq. Amma görünən odur ki, bəziləri hələ də görülən cəza tədbirlərindən nəticə çıxarmayıblar. Gundelik-baku.com saytına Saatlı rayonu İ.Ağayev adına Xanlarkənd kənd tam orta məktəbinin direktoru Lətifə Həsənovanın barəsində ilginc məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən rayon sakininin bildirdiyinə görə, 30 ildir məktəb direktoru işləyən Lətifə Həsənova ötən illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atıb: «Əvvəlcə onu bildirmək istəyirəm ki, Lətifə xanım 22 il Xanlarkənd kənd tam orta məktəbində direktor işləyib. Lakin işində yol verdiyi nöqsanlar səbəbindən bu vəzifədən kənarlaşdırılaraq Sarıcalar kənd məktəbinə direktor təyin edilmişdi. Onu da qeyd edim ki, Lətifə xanım 2 il işsiz qalıb. Bu xanım kimlərinsə köməyi sayəsində yenidən Xanlarkənd kənd tam orta məktəbinin direktoru vəzifəsinə keçməyi bacardı. O rəhbərlik etdiyi hər iki məktəbdə təhsili yaman günə qoyub. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Lətifə xanım həm Sarıcalar, həm də Xanlarkənd orta məktəblərində «ölü can» saxlamaqla məşğul olub. Hazırda 4 nəfər «ölü can»ın adına olan plastik maaş kartı direktorun cibindədir. Bundan başqa, direktor dərs saatlarının müəllimlər arasında bölgüsünü də ədalətli şəkildə aparmır. Stajlı müəllimlərə normal dərs saatı verilmir. Kim direktora lazımi səviyyədə «hörmət» edirsə, dərs saatı çox olur. Ən dəhşətlisi isə bu xanımın məktəbin bir neçə müəllimini banka salmasıdır. Deyilənə görə, direktor bir müddət əvvəl məktəbin bir neçə müəlliməsinin, o cümlədən Fatma adlı müəllimənin adına «Unibank»dan kredit götürüb. Amma bu günə kimi heç bir ödəniş etməyib. 86a2030593d6

Vəziyyətin belə alındığını görən bank rəsmiləri adına kredit olan müəllimlərin maaş kartından pul çıxmağa başlayıblar. Xanlarkənd kənd tam orta məktəbində çox gərgin vəziyyət hökm sürür. Direktorun banka saldığı müəllimlər bu barədə yuxarı orqanlara, o cümlədən Təhsil Nazirliyinə müraciət etməyə hazırlaşırlar. Bundan xəbər tutan məktəb rəhbəri müəllimləri sakitləşdirməyə çalışır və bankdan götürdüyü kreditləri ödəyəcəyinə vəd verib». Lətifə Həsənovanın fəaliyyətindəki qanun pozuntuları bununla bitmir. İddialara görə, məktəb direktoru harda oturursa Saatlı rayonunun prokuroru Kamran Əhmədovun adından istifadə edir, onun tərəfindən müdafiə olunduğunu bildirir. Gələn sayımızda Lətifə Həsənovanın məktəbdə saxladığı «ölü can»ların kimliyi, onun Xanlarkənd kəndində işləyən qohumları və Moskvada yaşayan qızının adının hələ də bu məktəbdə müəllimə olaraq getməsi haqda maraqlı məqamları açıqlayacağıq. Bizi izləyin. Sonda təhsil naziri Mikayıl Cabbarovdan və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev cənablarından sözügedən məktəbdə yoxlama aparmalarını xahiş edirik. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300