Qarabağdakı PKK-çılar Afrinə getdi - Ermənilər də Türkiyə ordusuna qarşı döyüşür

 

Türkiyədə Uydurma Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) adlı təşkilatın rəhbəri, ermənilərin uydurma soyqırım iddialarına qarşı elə onların öz takikası ilə yorulmadan mübarizə aparan Göksəl Gülbey daha bir sensasion iddia ilə çıxış edib.

Uluyol.az virtualaz.org-a istinadən xəbər verir ki, ASİMDER başqanı Türkiyə ordusuna qarşı Suriyanın Afrin bölgəsində PYD/YPG yaraqlıları ilə birlikdə Ermənistandan gedən yezidi kürdlərinin də döyüşdüyünü bildirib

Gülbeyin sözlərinə görə hər zaman terror təşkilatları ilə işbirliyi içərisində olan Ermənistan vaxtilə Suriyadan yezidi kürdləri və erməniləri daşıyıb Qarabağda yerləşdirmişdi. Digər tərəfdən Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində yaradılmış 12 təlim düşərgəsində PKK və onun İran qolu olan PJAK-ın 1750 yaraqlısı təlim keçirdi.ASİMDER başqanı iddia edir ki, Qarabağdakı PKK/PJAK mənsubları İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə keçməyə başlayıb. Qamışlıda toplanan PKK-çılar mülki geyimdə və silahsız olaraq oradan Menbiçə, bir qismi isə Afrin bölgəsinə gediblər.


"Onlar ABŞ-ın göndərdiyi silahları alaraq Türkiyə ordusuna qarşı döyüşməyə başlayacaqlar. Suriya erməniləri 1990-cı illərin əvvəllərində Qarabağa gedərək azərbaycanlılara qarşı soyqırımda iştirak ediblər. İndi onlar uydurma erməni soyqırımının qisasını Afrində türk ordusundan almaq üçün döyüşə girirlər”-Gülbey deyib.

Xatırladaq ki, ASİMDER başqanı bundan əvvəl də dəfələrlə Qarabağdakı PKK düşərgələri və yaraqlıları haqda danışıb, konkret adlar və rəqəmlər istifadə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300