Bu gün Xıdır Nəbi bayramı başlayır

Xalq təqvimində qış fəsli iki əsas mərhələyə bölünür. 40 gün sürən böyük çilləyə (22 dekabr – 31 yanvar) və 19 gün sürən kiçik çillə (1 fevral – 20 fevral). Fevralın 20-dən sonrakı sonrakı 30 gün isə boz ay adlanır.

Hər il fevralın 9,10,11-də isə qədim ellərimizdə Xızır İlyas bayramı qeyd edilib.

 

Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi (Xızır İlyas) bayramından sonra yalançı çərşənbə , daha sonra isə xəbərçi çərşənbə və boz ay gəlir. Boz aydan sonra isə o biri çərşənbələr başlayır. Yəni bu bayram Novruza giriş bayramıdır. Xıdır Nəbi təbiətin oyanmasına başlanğıcdır.

 

Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi” kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir.Bu bayram da Novruz bayramı kimi təbiətin oyanması və əkinçilik görüşləri ilə əlaqələndirilir. Demək olar ki , bütün türk xalqları tərəfindən qeyd edilən və bilinən qədim mərasimdir. Qonşu Türkiyədə bu bayram – yəni Xıdırəlləz bu gün də maraqlı şəkildə qeyd edilir. İnsanlar arzularını bir kağıza yazır, gül və ya ağac dibinə basdırırlar. Başqa bir inanca görə arzular yazılmış kağız parçası axar suya buraxılır. Bu bayramda qorqa bişirmək, kirkirədə bərəkət rəmzi olaraq buğda üyütmək, tonqal qalamaq , qapılardan pay yığmaq adətləri olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300