Türk ordusu Afrində daha
2 kəndi azad etdi
Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən "Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edib.
Axar.az xəbər verir ki, əməliyyatın 21-ci günündə türk aviasiyasının
yenidən hücumlara qoşulması PKK-PYD-ə ağır zərbə vurub.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO əməliyyat çərçivəsində daha 2 kəndi
- Nisriyyə və Dükkanı terrorçulardan təmizləyib.