Siyasi mühacirin həyat yoldaşı polisə aparıldı

Naxçıvandan Almaniyaya siyasi mühacir kimi gəlmiş, 2011-2013-cü illərdə Naxçıvanda Vasif Talıbov və Əhməd Əhmədov tərəfindən ağır işgəncələr görmüş Məmməd Qurbanovunhəyat yoldaşı Fəridə Qurbanova bu gün Polis Əməkdaşları tərəfindən aparılmışlar. Qeyri-rəsmi məlumata görə F.Qurbanovanı aparanlar Banditizəmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşları olub.

Məlumatı verən siyasi mühacir M.Qurbanov bildirir ki, baş verənlər onun ictimai fəaliyyətilə bağlıdır: "Həyat yoldaşımdan və digər ailə üzvlərimdən bir tələb var. Mən siyasi fəaliyyətimi dayandırım. İlham Əliyevin və Vasif Talıbovun diktatura rejimi haqqında danışmayım”.

Məmməd Qurbanov bildirir ki, bu gün həyat yoldaşının polisə aparılması onun 6 fevral 2018-ci ildə Berlin mitinqində iştirakıyla bağlıdır. "Əslində mən öz fikirlərimi son dövrlər daha az yazıram. Çünki, dəfələrlə facebook hesabım bağlanılmışdır. Bu o deməkdir ki, həyat yoldaşımın polisə aparılması Berlin mitinqində mənim və siyasi mühacir olan kürəkənim Nadir Məmmədovun iştirakıyla və Almaniyanın Xarici İşlər Nazirliyinin qarşısında Heydər Əliyevin şəkli olan plakatın aşırılmasıyla bağlıdır”.

M.Qurbanov siyasi təzyiqlərə görə qohumlarıyla əlaqələrinin kəsildiyini də bildirdi: "Bəzi qohumlarımız bizdən imtina etməyə məcbur olublar. Ailə üzvlərimlə də normal əlaqə saxlaya bilmirəm. Onlar hətta telefonda belə mənimlə danışmağa qorxurlar”.

Məmməd Qurbanov sonda onu bildirdi ki: "60 yaşlı, şəkər xəstəsi olan həyat yoldaşıma bildiriblər ki, onu narkotika adıyla həbs edəcəklər. Bu siyasi hakimiyyətin əsl gerçək üzünü göstərir. Çünki, hamı bilir ki, nə Qiyas İbrahimov, nə Bayram Məmmədov, nə də həbsdə olan digər gənclər narkotika ilə bağlı adamlar deyillər”.//xebername.info

Memmed_qurbanov

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300