Əhəd Abıyev Aprel qazisinə 20 min "atıb”


 

2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə top komandiri kimi iştirak edən Arzu Məmmədov çıxılmaz vəziyyətdə qalıb.

Uluyol.az Yenicag.az-a istinadənxəbər verir ki, aprelin 3-də ağır yaralanaraq, sağ qolunu itirən qazi dələduzluğun qurbanı olub.

Bu barədə saytımıza Arzu Məmmədovun özü məlumat verib. Müalicə almaq məqsədi ilə yaralandığı vaxtdan Bakıda ailəsiylə birlikdə kirayədə yaşadığını bildirən qazimizin ev problemi olduğu üçün doğulduğu Daşkəsən rayonun icra hakimiyyətinə müraciət edib.

Elə hər şey də bundan sonra başlayıb. Arzu Məmmədovun özünü dinləyək:

"Əhəd Abıyevə ev problemi olduğumu dedim. Özü şəxsən mənə dedi ki, Daşkəsəndə bina tikilmir, torpaq sahəsi də yoxdur. Buna görə də məsləhət bildi ki, Gəncəyə qeydiyyata düşüm. Dedi, Gəncənin icra başçısı ilə danışacam ki, ordan sənə ev versin. Mən də uzaq qohumun evində qeydiyyata düşdüm. Bundan sonra icra hakimiyyətinin hüquq şöbəsinin müdiri İlhamə Bayramova yanıma gəldi. Qayıtdı ki, başçı deyir, 20 min pul verməlidir. Guya mənə qanunla 3 otaqlı ev düşür, 20 minə görə 4 otaqlı verəcəklər. Mən də bunlara inandım. 13 min manat kredit götürdüm, 7 min də sələmə pul aldım. "Bu gün-sabah” deyə-deyə, 2016-cı ilin yayından uzatdılar, fevralda da işin üstü açıldı. Çoxsaylı şikayətlərdən sonra İlhamə Bayramova barəsində cinayət işi qaldırıldı. Əhəd Abıyev də bunu tez işdən çıxartdı. Guya belə bir işçi tanımır. O adamı bir gün də "içəri” göndərmədilər. Çünki pulu icra başçısı ilə birlikdə "yeyib”. İlhamə Bayramova hamının üzünə durdu ki, heç birinizdən pul almamışam. 17-18 nəfər yalan danışır? Mənim faktlarım, sübutlarım da var. Yazışmalar da olduğu kimi qalır. Camaatdan 200 minə yaxın pul almışdı”.

"Əhəd Abıyev sizin Aprel qazisi olduğunuzun fərqində deyil” sualına isə Məmmədov belə cavab verdi:

"Niyə bilmir ki? Cənab prezident İlham Əliyev 2016-cı il aprelin 5-də hospitalda bizimlə görüşəndə tapşırıq vermişdi ki, bütün yerli icra hakimiyyəti orqanları yaralılarla, şəhid ailələri ilə yaxından maraqlansın. 38 gün hospitalda yatdım, bu adam bir dəfə də olsun mənimlə maraqlanmadı. Nəinki o, nə müavinləri, nə də rayondakı təşkilat nümayəndələri yanıma gəlmədi. 38 gündən sonra hospitaldan çıxıb, şəhid olan əsgərimin 40 mərasiminə getdim. Yasdan çıxandan sonra birbaşa icra hakimiyyətinə yollandım. Dedim, niyə bir dəfə də olsun mənimlə maraqlanmadın? Niyə cənab prezidentin tapşırığına məhəl qoymursan? Qayıtdı ki, oğlum 7-ci mərtəbədən özünü atıb, beli qırılıb, həmin vaxt gözümə heç nə görünmürdü. Dedim, sənin başın qarışıq idisə, bəs müavinlərin harda idi? Əhəd Abıyevi hər kəs tanıyır. Onun necə "moşennik” olduğunu bilməyən yoxdur”.

Qeyd edək ki, Arzu Məmmədovun bədəninin bir çox yerində dərin qəlpə yaraları var. Qulaq pərdələri zədələndiyindən eşitməsində problem yaranıb. Eyni zamanda onda hipertoniya xəstəliyi baş qaldırıb. Artıq 1 il 10 aydır ki, hospitalda davamlı müalicə alır. Bu müddət ərzində 5 dəfə amputasiya olunan qolundan, 1 dəfə də ayağından əməliyyat olub. Ayağının əməliyyatı zamanı siniri zədələndiyi üçün hələ də reabilitasiya keçir. Qolu isə heç sağalmır. Ailəlidir, iki övladı var. Övladının biri görmə əngəllidir.

Məsələ ilə bağlı Əhəd Abıyevin də mövqeyini işıqlandırmağa hazırıq.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300