Şəhidin vəsiyyəti Türkiyəni kövrəltdi

 

Afrində fevral ayının 7-də şəhid olan türk çavuş Ömər Bilal Ağpınarın vəsiyyəti ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Milliyət” yazıb.

Məlumata görə, şəhid ailəsindən halallıq istədiyi məktubu yanvar ayının 10-da, onunla birlikdə Afrində yaralanmış komandirinə təqdim edib.

"Qardaşım, səndən xahiş edirəm, mənə bir şey olana qədər məktubum səndə gizli qalsın. Bu döyüş xaçla hilalın, imanla inkarın, haqla batilin, küfr və tövhidin savaşıdır. Ona görə də anama, atama, qardaşıma və Nura deyin ki, üzülməsinlər, həyatlarının yerdə qalan hissəsini rahat keçirsinlər. Anama o istədiyi evi alsınlar. Dua etsin arada-bir, üzülməklə həyatını bitirməsin. Atam da, Bəyzadə də haqlarını halal etsinlər. Nura söyləyin ki, mən ondan doya bilmədim, ancaq getsəm, haqqını halal eləsin. Üzülməsin, o biri tərəfdə, inşallah, bir-birimizə qovuşacağıq. Birlikdə gəzməyi planlaşdırdığımız yerləri gəzsin, mənim yasımı tutmasın. Ailəmə yaxşı baxsın. Məni Safranboluya dəfn edin, qardaşım. Atamgilə deyin, dövlətin verəcəyi aylığın 10 faizini yenə Zəhra xalagilə versinlər”, - şəhid məktubunda yazıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300