Yeni funksiya - "Feysbuk"da moderatorla əlaqə

 

"Feysbuk” sosial şəbəkəsi yeni funksiyanı sınaqdan keçirir.

Publika.az xəbər verir ki, artıq şəbəkə istifadəçiləri bu və ya digər şərhdən moderatorlara şikayət etməyə imkan verən "downvote" düyməsindən istifadə edə biləcəklər. Hazırda yeni düymə sınaqdan keçirilir. Sınaq görüntüləri əvvəlcə "Twitter”də peyda olub, daha sonra "Feysbuk”un nümayəndəsi "The Verge” nəşrinə bu informasiyanın doğruluğunu təsdiq edib.

Sözügedən funksiya hazırda yalnız ABŞ-dan olan "Feysbuk” istifadəçiləri arasında sınaqdan keçirilir. "Downvote" düyməsinə sıxdıqda sosial şəbəkə istifadəçi üçün şərhi gizlədir, bundan sonra ondan şərhin təhqir xarakterli, yanlış, yaxud müzakirə edilən mövzu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyi təklif edir. Bu halda şərhlərin altında yeni düymənin köməyi ilə edilmiş şikayətlərin sayı göstərilmir. Şirkətdən bildirilib ki, bu, "dislike” düyməsinin analoqu deyil, əks əlaqə sistemidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300