Məscidə hücum- Müsəlmanları qəzəbləndirəcək olay -FOTO

Hollandiyanın şimalında Draçten şəhərində Mərakeş əsilli müsəlmanların ibadət etdiyi məscidə hücum olub.

 

"Anadolu" agentliyi xəbər verir ki, naməlum şəxslərin hücumu nəticəsində məscidə ciddi ziyan dəyib. Draçten cəmiyyətinin rəhbəri Halid Bennaçeur sözügedən hücumu pisləyib. Onun sözlərinə görə, sübh namazına gələnlər kəskin qoxu hiss ediblər, günorta isə yanıq izləri və şüşələrin qırıldığını müşahidə ediblər. Hücumun saat 04:00 radələrində olduğunu deyən Halid Bennaçeur qeyd edib ki, hadisənin təfərrüatı təhlükəsizlik kamerasına düşüb.

 

Cəmiyyətin rəhbəri vurğulayıb ki, naməlum şəxs məscidin arxa şüşəsini qırandan sonra içəri yandırıcı maddə atıb. Hadisə barədə polisə məlumat verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300