"NİDA seçkini tanımayacaq"- Bəyanat

 

Nida Vətəndaş Hərəkatının 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda qeyd olunur: "Ölkə başçısının sərəncamı ilə 11 aprel tarixində növbədənkanar prezident seçkiləri təyin olunub. Sərəncamda qeyd olunur ki, prezident Konstitusiyanın 101-ci maddəsini rəhbər tutaraq, seçkiləri 6 ay qabağa çəkmək qərarı qəbul edib.

 

Seçki Məcəlləsinə edilən son dəyişikliklərə əsasən prezidentə növbədənkənar seçkiləri təyin etmək səlahiyyəti verildi. Bir neçə aydan sonra İlham Əliyev bu səlahiyyətindən istifadə etdi. Lakin növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir tutarlı səbəb göstərilmədi.

 

Seçkilərin 6 ay qabağa çəkilməsi müxalifətin seçkilərdə iştirak imkanlarını məhdudlaşdırdı. Həmçinin seçki məcəlləsinə edilən son dəyişikliklərə əsasən növbədənkənar seçkilər zamanı prosesə start verilmə müddəti üç aydan iki aya endirilib.

 

Qanunvericiliyə görə seçkilərə 1 ay qalmış namizədlərin imza toplama kampaniyası dayandırılır. Belə olan halda hər namizədin tələb olunan 40 min imzanı toplaması üçün cəmi bir ay vaxtı var.

 

Bununla da müxalifətin və müstəqil namizədlərin seçkilərdə iştirakı texniki baxımından xeyli çətinləşir. Ölkədə seçki keçirilməsi üçün demokratik şərait yoxdur. Seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətindədir. Yerli monitorinq təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin (SMDT) fəaliyyəti 2013-cü ildəki repressiyalar nəticəsində dayandırılıb.

 

Ölkədə müstəqil media orqanları sıradan çıxarılıb, saytlar bloklanıb, jurnalistlər və blogerlər həbs olunub.

 

Siyasi partiyaların fəaliyyət imkanları minimum həddə endirilib, üzvləri həbs olunub, bir çoxu ofissiz fəaliyyət göstərir.

 

Prezidentliyə namizədlərdən biri, REAL Hərəkatın sədri İlqar Məmmədov da daxil olmaqla ölkədə 150-dən çox siyasi məhbus var.

 

Nida Vətəndaş Hərəkatı bütün bunları nəzərə alaraq ölkədə seçkilərin keçirilməsi üçün azad və demokratik şərait olmadığını və 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacağını bildirir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300