Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib...

 

Son bir neçə ayda jurnalist həmkarlarımızın cavan yaşda dünyasını dəyişdiyinin şahidi oluruq. Çox təəssüf ki, həmkarlarımız əsasən ürək tutmasından, beyin qansızması nəticəsində vəfat edir.

Fevralın 12-də səhər saatlarında 39 yaşlı jurnalist, İTV-nin keçmiş əməkdaşı Kamran İsrafilov qəfildən dünyasını dəyişib. Yaxınlarının dediyinə görə, K.İsrafilov ağır xəstəlikdən əziyyət çəkən anasının əhvalını yüksəltməyə çalışıb. Buna görə  səhər saatlarında işə getməzdən əvvəl anasının qarşısında qol qaldırıb oynayan K. İsrafilovun qəfildən halı pisləşərək, yerə yıxılıb. Yaxınlarının səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 Kamran İsrafilov ile ilgili görsel sonucu

Qeyd edək ki, 1979-cu il təvəllüdlü K.İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Həmçinin İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış "Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.

 Nicat Məlikov ile ilgili görsel sonucu

Bir neçə həftə bundan əvvəl isə digər 39 yaşlı həmkarımız, tanınmış jurnalist Nicat Məlikov da ürəktutmadan dünyasını dəyişmişdi.

N.Məlikov "Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. Onun sonuncu iş yeri "Vesti.Az” saytı olub.

 Natiq Qədimov ile ilgili görsel sonucu

Ötən ilin noyabr ayında isə tanınmış jurnalist, 41 yaşlı Natiq Qədimov infarktdan dünyasını dəyişmişdi. N.Qədimov ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə "APA Holdinq”ə daxil olan APA TV olub.

Xalidə GƏRAY,
Musavat.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300