Futbol zamanı topa kəllə vurmayın, ağlınız itə bilər

 

Futbol topu ilə vurulan baş zərbələri beyin pozuntularına, daha sonra isə demensin (ağıl itirmək) inkişafına yol aça bilər.Bu barədə "Acta Neuropathologica” jurnalında dərc edilən və britaniyalı alımlər tərəfindən aparılan tədqiqatda qeyd olunub. BBC-in xəbərinə görə, "University College London” və "Cardiff” Universitetinin mütəxəssisləri 5 peşəkar futbolçu və bir həvəskar futbolçu üzərində uzun müddət təhqiqat aparıblar.

 

Ortalama 26 il ərzində futbol oynayan bu kişilərdə 60 yaşdan sonra ağıl zəifləməsi meydana gəlməyə başlayıb. Ölümdən sonra yarılma zamanı həkimlər onlardan 4-ündə "boks demensi" kim məşhur olan xroniki ensefolapatiyanı aşkar ediblər.

 

"Biz onların beynini açan zaman orada boksçulara xas dəyişikliklərin getdiyini gördük. İlk dəfədir ki, futbolçuların karyeraları müddətində demensin inkişafına yol açan baş zərbələrini göstərmək mümkün oldu", - deyə "University College London”un professoru Hugh Morris BBC-yə açıqlamasında bildirib. Tədqiqat müəllifləri uşaqlarda top zərbəsindən sağlamlıqları üçün təhlükənin olduğunu analiz etmədiklərini xüsusi qeyd ediblər. İngiltərə Futbol Assosiasiyası idmançıların xəsarət almaları məsələsinin daha diqqətlə araşdıralacığına dair vəd verib.

 

Ekspertlər həvəskar futbolla məşğul olanların təhlükəli qrupa daxil olmadığını qeyd ediblər. ABŞ-da idmançılarda yaşlaşan zaman beyinin fəaliyyətinin pisləşməsi məhkəmə çəkişmələrinə səbəb olmuşdu. Belə ki, 2014-cü ildə ABŞ-ın Tələbə İdmanı Milli Assosiasiyası keçmiş idmançılara qaldırdıqları iddiaya görə 70 milyon dollar ödənildiyini bəyan etmişdi. Təşkilat nümayəndələrinin sözlərinə görə bu vəsait beyin silkələnməsinin uzun müddətli təsirinin öyrənilməsinə sərf ediləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300