Dmitri Oreşkin: "Generallar Putinə qarşı birləşir"

 

Putini Rusiyada daha radikal hərbi qruplaşmalar əvəz edəcək.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Dmitri Oreşkinin "Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.

"Bu qruplaşmalar Putini daha zəif siyasətdə ittiham edənlər olacaq. Onlar mümkün olan yerlərdə daha sərt davranılmasını istəyən şəxslərdir. Hələ də bəlli deyil ki, Putin Suriyada məhv edilən "Vaqner” şirkətinin muzdluları ilə bağlı hansı cavab addımını atacaq. Bu onun üçün tanış situasiya deyil”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ ordusu fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətinin Hişam rayonunda kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin mövqelərinə hücum edən Bəşər Əsəd tərəfdarlarına sarsıdıcı zərbə endirib. Hücum nəticəsində Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin 200-dən çox hərbçisi həlak olub.

Rusiya Müdafiə Nazirliyi hələ də hadisə ilə bağlı dəqiq açıqlama verməyib. Moskvanın bu addımı ölkədə bir sıra etirazlara səbəb olub. Bəzi təşkilatlar hətta Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300