Məhəbbətin düsturu -Elmi-lədun hesablamalar

 

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” "Quran”, "Rumlular” surəsi, 21.

 

Elmi-lədun araşdırmalarımız "Quran”ın düzülüşündə olan İlahi qanunauyğunluğu ortaya qoymaqdadır. Məsələn, götürək «Bal arısı» surəsini. Hesablamalarımız göstərir ki, surənin 16 ədədi ilə nömrələnməsi heç də təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də ("Bal arısı”) 16 rəqəmi ilə nömrələnib.

 

Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır. Bal – arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır.

Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss ədəbiyyatda və şifahi nitqdə «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir. Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı (!) elementi olan Kükürd məişətimizə yandırıcı (!) vasitə kimi daxil olub.

 

Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi (!) kimi daxil olub.

 

Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri "yanmır”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır!

Başqa sözlə desək "16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci "16” lazımdır.

İnsan cəmiyyətində "yanma”nı əks cinsdən olan tərəf müqabili təmin edir (necə ki, Oksigen Kükürdü yandırır).

 

Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 – 8 – 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, "Quran”ın səhifələrinin sayına (286) işarədir ("Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi də 16-ya bərabərdir ki, bu da "Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir:

 

2 + 8 + 6 = 16

 

Necə ki, Allah-təala buyurur: "Siz biri-birinizi sevin ki, Mən də sizi sevim”.

 

"Quran”ın düzülüşü ilə, Mendeleyev cədvəlinin düzülüşü arasında qanunauyğunluğu sübut edən başqa bir faktı diqqətinizə çatdırmaq istəyirik. Oksigenin sıra nömrəsini (8) Kükürdün sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» (16) surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan riyazi əlaqəni bir daha təsdiq edir:

 

8 x 16 = 128

 

Bu və digər faktlar həm "Quran”ın, həm də Dövrü cədvəlin Allahın elmi ilə (Mendeleyevə də elmi Allah vermişdi) düzüldüyünü bir daha sübut edir.

 

Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü necə büruzə verməsinə cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal-a yaranır və hər ikisi şirindir. Çünkü, ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur.

 

Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm yaşadığı cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər.

 

Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir.

 

Bildiyimiz kimi, arılar faydalı və faydasız olmaqla, iki qurupa bölünürlər - bal arısı və cır arılar. İnsanlar da – kamil və cahil olmaqla – iki qurupa bölünürlər. Çalışaq cəmiyyət üçün faydalı olaq ki, həm xalqın, həm də Allahın məhəbbətini qazanaq.

 

Paşa Yaqub,

psixoloq, elmi-lədun bilicisi

 

 
(moderator.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300