Sosial media uşaqlarda depressiyaya səbəb olur 

 

Rangan Çatterji həkimdir və dediyinə görə, gənclərin sosial mediadan istifadə etməsi ilə onların psixi sağlamlığı arasında əlaqənin olduğuna dair xeyli sübutun şahidi olub.

16 yaşlı bir oğlan özünə xəsarət yetirəndən sonra təcili tibbi yardım xidməti həmin oğlanı həkim Çatterjinin yanına gətirir.

"Əvvəlcə ona antidepressant dərmanı vermək istədim, amma söhbətləşəndən sonra anladım ki, ona mənfi təsir göstərən sosial media olub", - doktor deyir.

Rangan Çatterjinin təklif etdiyi müalicə üsulu sadə oldu - o, yeniyetməyə sosial mediada 1 saatdan artıq vaxt keçirməməyi tövsiyə etdi.

Bir neçə həftən sonra isə həkim bu müddəti səhər 2 saat və axşam 2 saatadək artırmağa icazə verdi.

"Həmin oğlan durumunun xeyli yaxşılaşdığını bildirdi, altı aydan sonra isə onun anasından məktub gəldi ki, oğlu özünü artıq yaxşı hiss edir", - həkim deyir.

Bu və buna bənzər digər hallar onu, gənclərin həyatına sosial medianın təsiri barədə düşünməyə məcbur etdi.

Həkimin gəldiyi qənaət budur ki, "sosial media gənclərin psixi sağlamlığına mənfi təsir göstərir".

O, bu fikrində tək deyil.

Bu yaxınlarda ABŞ-da uşaqların rifahı sahəsində çalışan ekspertlər Facebook təsisçisi Mark Zuckerberg-ə müraciət edərək onu, uşaqlara ünvanlanmış Messenger Kids tətbiqini bağlamağa çağırıblar.

Ekspertlər hesab edir ki, yeniyetmə yaşından aşağı olan uşaqlara həmin platformadan istifadə etməyə dəvət olunması məsuliyyətsizlikdir.

2017-ci ildə Britaniyanın Kral Sosial Səhiyyə Cəmiyyəti (RSPH) 11-25 yaş arasında olan 1500 gənc arasında sorğu keçirərək onların 5 əsas sosial media saytlarından istifadə etdikdən sonra hansı əhval-ruhiyyədə olduqları ilə maraqlanıb.

Sorğunun nəticələri güman etməyə əsas verir ki, respondentlər arasında narahatlıq və qeyri-adekvatlıq hissini doğuran saytlar Snapchat və Instagram olub, ən pozitiv təsir bağışlayan isə YouTube-dur.

Soruşulanların hər 10-dan yeddisi bildirib ki, Instagram onları bədən bicimi ilə bağlı məyusedici ovqata salıb, 14-24 yaşında olanlar isə bildirib ki, Instagram və Facebook onlarda təşviş hissinin yaranmasına səbəb olub.

Sosial medianın gənclər üçün təhlükəsizliyini artıqmaq məqsədi ilə RSPH bir sıra təkliflər irəli sürüb:

internetdə keçirilən müəyyən vaxt həddindən sonra gənc istifadəçiyə bu barədə xəbərdarlığın verilməsi ("pop-up" vasitəsilə)
rəqəmsal üsülla manipulyasiya olunmuş fotolorın nişanələnməsi
sosial mediadan istifadənin sağlam yollarına dair məktəblərdə dərs keçilməsi
RSPH rəhbəri Shirley Cramer deyib: "Sosial media münasibətlərimizi qurduğumuz və inkişaf etdirdiyimiz, kimliyimizi formalaşdırdığımız, özümüzü tanıtdırdığımız və dünyanı öyrəndiyimiz məkana çevrilib; bu məkan bizim psixi sağlamlığımızla birbaşa əlaqədədir" (BBC).

http://www.bbc.com/azeri/international-43036280

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300