Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?
Bildiyimiz kimi Neftçala rayonu Azərbaycan
Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə,
qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir
Bir sözlə Neftçala rayonu balıqçılıqla məşğul olan regionlarımızdan biridir.
Amma müxtəlif bəhanələrlə çörəyi dərinliklərdən çıxan balıqçıları rayonun Su Nəqliyyat
polis idarəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar Babayev incidir. Hətta
bununla bağlı keçən ilin yanvar ayının əvvəllərində bu narazılıq 500 nəfər
etirazçının bu olay bağlı Neftçala-Salyan magistral yolunu bağlanması ilə şahid
olunmuşduq.
Balıq ovu ilə məşğul olan adlarının çəkilməsini istəməyən şikayətçilərin
bildirdiyinə görə, hər şey qanunla tənzimlənnmiş halda olsada, onların dənizə
girmələri üçün 100-150 manatdan başlayan rüşvət alırlar. Dənizə girəcək matorlu
qayığın ölçülərinə görə, dəyişən rüşvət insanlarda dövlətə, idarəetməçiliyə
inamsızlıq yaradır. Şikayətçilər sonda onu da qeyd ediblər ki, Neftçala Su Nəqliyyat
polis idarəsinin rəisi Azər Cəfərov Neftçala rayonunda üsyan çıxarmaq istəyir,
çünki rəisin "pul yığan əli” adlandırılan Anara kim aylıq vermirsə həmən adam
döyülür, söyülür və həbslə hədələnir.
Misal üçün ötən günlərdə Rəis Azər Cəfərov Qarabucaq kənd sakini Əhmədağadan
Kürdə balıq ovladığı üçün 200 manat məbləğində pul tələb edib. Onunla
razılaşmayan rayon sakini Əhmədağa adlı vətəndaşı zorla maşına basıb Bakıya şəhərinə
yola çıxıblar. Lakin maşını idarə edən Anar Babayev sürət həddini aşaraq maşını
çevirib, nəticədə Anar Babayev və Əhmədağa adlı vətəndaş ağır yaralanıb.
Şikayətçilər Neftçala rayonununda Su Nəqliyyat polisinin özbaşınalığının son həddə
olduğunu deyib:Rəis Azər Cəfərov o qədər harınlayıb ki, hətta gündüzün günorta
çağı adamı qanunsuz həbs edir. Bu qədər harınlaşmış Rəis və onun işçiləri əlindən
Neftçala rayon (balıqçılar) sakinləri dolana bilmirlər.Rayonda dənizə gedib bir
tikə çörək üçün balıq tutmaq təhlükəli hala çevrilib.Neftçala rayon Su Nəqliyyat
polisinin özbaşınalığı elə bir qorxulu həddə çatıb kı, belə getsə harınlaşmış Rəis
və işçiləri küçədə gedəni tutub aparmaqdan çəkinməzlər. Həqiqətən də vəziyyət
çox çətindir.
Ölkənin polis orqanlarının yüksək vəzifəli əməkdaşının bu cür hərəkətinin, cənab
nazir Ramil Usubovun diqqətinə çatacağı şübhə doğurmur.Çünki, biz ondan həmişə ədalətli
addımlar görmüşük və yenə də gözləyirik.
xeberdar.net