Düşmən sutka ərzində atəşkəs rejimini 136 dəfə
pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 136 dəfə pozub.
Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən verilən
məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində
və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli,
Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində
və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində
və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd,
Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun
mövqeləri atəşə tutulub.