KXCP də seçkini boykot etmək qərarı verib

 

Bu gün, fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məslisi növbədənkənar prezident seçkisini boykot etmək barədə qərar qəbul edib.

 

Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.

 

"Ali Məclis partiyamızın rayon, şəhər şöbələrinin qərarlarını, fəalların və cəmiyyətin münasibətini əsas sayaraq boykot barədə qərar qəbul etdi. Ali Məclis həmçinin, seçkilərdə iştirak etməyən təşkilatlarla məsləhətləşmələr aparmağı məqsədəuyğun saydı”, - M.Mirəlioğlu deyib.

 

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2007-ci il yanvarın 31-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

 

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

 

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, prezident seçilmək istəyən 10-dan çox şəxsin sənədləri onlara daxil olub. Artıq 5 nəfərin namizədliyi isə təsdiq edilib.

 

Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İ.Əliyev, Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, namizədliyini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Orucdur.

 

Hazırda onların tərəfdarları qeydiyyatdan ötrü tələb edilən 40 min imzanı toplayırlar.

 

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.///azadliq.org

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300