Bəşşar Əsədə bağlı ordunun Afrinə girməməsinin səbəbi məlum olub

 

Suriyada Bəşşar Əsədə sadiq ordunun Afrinə girmək məsələsində terrorçu PKK-nın qollarından biri olan YPG ilə razılaşma əldə edə bilməməsinin səbəbi məlum olub.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində B.Əsədin nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər B.Əsədə sadiq ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyiblər.

Məlumata görə, B.Əsədin təmsilçiləri PKK/PYD/YPG terrorçularının silahlarını təhvil vermələri və təslim olmaları ilə bağlı şərt irəli sürüb, ancaq qruplaşma rəhbərliyi bunu qəbul etməyib. Bununla belə B.Əsəd rejimi ilə terrorçular arasında müzakirələrin davam etdiyi bildirilib.

Terrorçular Afrinə heç kimi rəsmi olaraq, dəvət etmədiklərini, Türkiyəyə dəstək vermək istəyənlərə qarşı olacaqlarını vurğulayıblar.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da "Əsədlə PKK Afrin məsələsində anlaşıb” iddiasına münasibət bildirib. O deyib ki, bunun təbliğat xarakterli olduğu açıq-aşkardır. "Amma bəzi çirkin və gizli razılaşmaların olduğu da istisna deyil. Kimin nə etməyindən asılı olmayaraq, "Zeytun budağı" əməliyyatı planlaşdırıldığı kimi davam edəcək və hədəfinə çatacaq”.

Qeyd edək ki, fevralın 19-da Bəşşar Əsədə bağlı silahlıların Afrinə girəcəyi və bu məsələni terrorçularla razılşadığına barədə məlumat yayılmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300