Başçının 15 min manatını MTN çetesinə çatdırmış təhsil şefi kimdir?

"Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları şantaj edərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işində olduqca incə məqam var
Məhkəmə materiallarına istinadla xəbər veririk ki, Laçının keçmiş icra başçısı Ramiz Cəbrayılov onun qurbanlarından biri olub.
Sabiq başçı istintaqa ifadəsində deyib ki, barəsində "Gündəlik Bakı” qəzetində 2011-ci ildən başlayaraq Habil Vəliyevin imzası ilə həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, rüsvayedici silsilə məqalələr dərc olunub.
Keçmiş icra başçısının ifadəsinə görə, H.Vəliyevdən yazdığı faktları yerində araşdırmasını, ailəsi və özü barədə böhtan xarakterli yazılara son qoymasını təklif edib:
”Habilin çox təhlükəli insan olduğunu, insanlığa yaraşmayan xislətini görüb, abrıma sığınıb barəmdə yazılan rüsvayedici məlumatlardan yaxa qurtarmaq üçün 2012-ci ildə Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev vasitəsilə Habilə 15 min manat göndərdim”.
Bu fakt R.Cəbrayılovun istintaqa ifadəsində ağzından çıxıb. Yəni, rüşvət verdiyini və M.Vəliyevin də kuryer kimi pulu daşıdığını etiraf edib.
Təhsil şöbəsi müdiri Təhsil Nazirliyinə tabedir. Bəs görəsən, M.Vəliyev icra hakimiyyəti başçısının 15 min manatını niyə baş redaktora çatdırıb?
Hazırda vəzifəli yüksələn M.Vəliyev Tərtər Regional Təhsil İdarəsinin müdiridir. Laçın sakini Baxşeyiş Xudayarov Salyan oğlu bildirmişdi ki, bir rayonun Təhsil Şöbəsini korrupsiya yuvasına çevirən Malik Vəliyevi Təhsil Nazirliyi yüksək məbləğdə rüşvət qarşılığında 6 rayona (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon Təhsil Şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsinə) təhsil rəhbəri təyin korrupsiyaya qarşı ciddi mübarizə siyasətinə tam ziddir.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularına göz yumub.
Laçın Təhsil Şöbəsində hər ayın axrında məktəb direktorlarından hesab yığlır (şagirdlərin sayı 1000-dən az olan məktəb direktorlarından 500 manatdan, şagirdlərin sayı 1000-dən çox olan məktəb direktorlarından 1000-1500 manatdan).
Təhsil Şöbəsinin müdri Malik Vəliyev elə bir sağlam korrupsiya şəbəkəsi yaradıb ki, Təhsil Şöbəsindən çıxmasına baxmayaraq, yenə də aylıq hesabı yığlır.
Direktorlar M.Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalıb fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları ,sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla və s. hesabına qoyulan dasqını düzəldirlər.
Mediaya istinadən xəbər veririk ki, hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər.
İnventarların satın alınmasına , yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına, təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC-lərin adına sənədləşdirərək mənimsəyiblər.
Araşdırılma aparılsa bu vəsaitin heç 10%-i təyinatı üzrə xərclənməyib. Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əmək haqqı adlarına yazldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.
M. Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib.
Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib.
M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən 500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir.
M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir.
Sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib.
Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya faktları və ciddi qanun pozuntularına yol verildiyi aşkar olar.
M.Vəliyev bir qardaşı Arif Vəliyev "La parfumery” mağazaları şəbəkəsinin sahibidir. Digər qardaşı Səməd Vəliyev Vergilər Nazirliyində işləyir.
İş adamı Ərəstun Nəsibov MTN işi üzrə ifadəsində bildirib ki, şəriki Arif Vəliyevlə birlikdə Rusiya və Avropadan Azərbaycana kosmetika malları gətirib. Bir gün isə işə gedərkən MTN-çilər onun maşınının qarşısını kəsib nazirliyə aparıblar.
Məlum olub ki, MTN tərəfindən saxlanmış Arif Vəliyevin qardaşı Səməd Vəliyev bir çox vəzifələrdə çalışıb.
O, Şəkidə 11 saylı Vergi İdarəsinin rəisi, Yevlaxın Regional İdarəsinin rəisi, ardınca Sumqayıtda çalışıb.
S.Vəliyevin xanımı ilə vergilər naziri Fazil Məmmədovun həyat yoldaşı çox yaxın münasibətləri var. Hətta çox adam onları bacanaq kimi tanıyırlar.

Fia.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300