MDB-nin xüsusi xidmət orqanları rəhbərləri Moskvada görüşəcəklər

 

MDB ölkələrinin antiterror strukturlarının rəhbərləri qlobal terror təhlükəsinin transformasiyası şəraitində birgə işin istiqamətlərini razılaşdırmaq üçün Moskva vilayətinin Odintsovo şəhərində bir araya gələcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə görüşü təşkil edən MDB Antiterror Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının, birliyin qanunverici və sahə əməkdaşlığı orqanlarının, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Gündəlikdə cari mərhələdə terror təhlükələrinin qiymətləndirilməsi dayanır.

Yığıncaq iştirakçıları həmçinin profil qurumların qaynar nöqtələrdə döyüşmüş beynəlxalq terrorçuların qayıdışı şəraitində təhlükəsizliyin təmin olunması üzrə qarşılıqlı əlaqə istiqamətlərini müəyyənləşdirəcəklər.

Bundan əlavə, 2018-ci ildə keçirilməsi nəzərdə tutulan MDB birgə antiterror təliminin hazırlıqlarına xüsusi diqqət ayrılacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300