Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub

 

Azərbaycandan olan zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq.

Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb.

Zəvvarlar Azərbaycandan Həccə yalnız təyyarə ilə yola salınacaq, Yaxın şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır.

Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir. Bu ilə Azərbaycana Həcc ziyarəti üçün 2000 kvota ayrılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300