Türkiyəyə qarşı PYD-Əsəd anlaşmasında İranın rolu var – "Financial Times” qəzeti

 

İngiltərənin "Financial Times” qəzeti dünən Afrinə girməyə çalışan Əsəd tərəfdarı qüvvələrin mütəxəssislər tərəfindən "İran dəstəkli şiə milis qüvvələri” adlandırıldığını, bu səbəblə terror təşkilatı PYD ilə Əsəd arasındakı müqavilədə İranın rolu ola biləcəyini yazıb.

Avropa.info xəbər verir ki, dünən gecə bir qrup Əsəd tərəfdarı olan İran dəstəkli şiə milis gücü Afrinə girməyə çalışıb. İrəliləyən milislərə TSQ havadan müdaxilə edib.

"Financial Times” qəzeti dərc etdiyi yazısında Əsəd tərəfdarının Afrinə girməyə çalışdığını, Türkiyənin bu gücləri vurduğunu , mütəxəssislərin bu qrupları "İran dəstəkli şiə milis qüvvələri” adlandırdığını, bu səbəblə də PYD-Əsəd müqaviləsində İranın rolu ola biləcəyini qeyd edib.

"Bu da Suriya rejimi və YPG arasındakı müqavilənin Rusiyanın deyil, İranın himayəsi altında aparıldığına işarə edə bilər. Son həftələrdə Suriyadakı vətəndaş müharibəsi beynəlxalq güclərin oyunları ilə daha da mürəkkəbləşib. Buna Suriyadakı İrana aid hədəflərə atəş açdıqdan sonra endirilən İsrail təyyarəsi məsələsi də daxildir.

Suriyadakı münaqişə Bəşər Əsəd hakimiyyətinə qarşı xalq üsyanı kimi başladı və bunun səbəb olduğu xaos həm PYD/YPG-yə, həm də İŞİD-ə ərazi təmin edən, qarmaqarışıq, çox tərəfli bir müharibəyə çevrildi. Beynəlxalq müdaxilələr də mürəkkəbliyi artırdı. ABŞ rəhbərliyindəki koalisiya YPG-ni dəstəkləyir. Bu da praktikada, Afrində iki ABŞ müttəfiqinin qarşı-qarşıya gəlməsi deməkdir”- Times belə yazır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300