Əli Həsənovun nəvəsi Sumqayıtda yaşıllığı məhv edir 

 

Son illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir. Belə şəhərlərdən biri də Sumqayıtdı. 2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı. Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. Binalar əsaslı şəkildə təmir edilir. Yüzlərlə yaşayış binalarının zirzəmilərindən çirkab sular təmizlənib.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev son illər Sumqayıtda olarkən görülən işləri təqdir edib, abadlıq işlərini yüksək qiymətləndirib, şəhər rəhbərliyinə gördükləri işlərə görə təşəkkür edib.

Təəssüf ki, bəzən yaxşı işləri gözdən salan əməllər də olur. Bu da görülən müsbət işlərə kölgə salır. Fevralın 23-də Musavat.com-a Sumqayıt sakinlərindən şikayət daxil olub. Sakinlərin dediyinə görə, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. Bildirilir ki, 50-dən artıq şam ağazı kəsilib. Şəhər sakinləri deyirlər ki, bu ağacların yaşı çoxdur, Sovet dövründə əkilib.

Картинки по запросу sumqayıt

 

Musavat.com-un araşdırması zamanı yaşıllığı məhv edən şəxslərin kimliyi üzə çıxıb. Saytımıza daxil olan məlumatda bildirilir ki, yaşıllıqları məhv edən və yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludu. Bu soyad oxucuya tanış gəlirmi? İlk baxışda xeyir! Amma əməkdaşlarımız araşdırıb, öyrəniblər ki, Emil Həsənli baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidi. O da məlum olub ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Təsəvvür edin, yaşıllığa məsul olan şəxsin yaxın qohumu on illərlə yaşı olan ağacları kəsib, məhv edir.

Deyilənə görə, E.Həsənlinin atası hüquq mühafizə orqanlarında yüksək vəzifə tutur. Məsələ ilə bağlı aidiyyatı idarələrin mövqeyini öyrənməyə çalışırıq.

Son anda musavat.com-a daxil olan məlumata görə, artıq faktla bağlı hüquq mühafizə orqanları araşdırmalara başlayıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300