Aşura günü qan verənlər arasında xəstələr olmayıb — Rəsmi açıqlamaAşura günündə məscidlərdə keçirilən qanvermə aksiyasında yığılan qanların artıq xroniki xəstələrə vurulmasına başlanıb.

Ölkə.Az xəbər verir ki, bunu Trend-ə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O bildirib ki, yığılmış qanlar 4 infeksiya üzrə yoxlanılır: "Yığılmış 5 min litr qan hamısı infeksiyalara görə yoxlanılmalıdır. Yoxlamalardan sonra nə qədər qanın yararsız olduğu məlum olacaq. Biz ilkin yoxlamalar aparmışıq. Daha dəqiq yoxlama Qan Bankında aparılacaq. Orada laboratoriya var, qanlar daha dəqiq yoxlanıldıqdan sonra istifadəyə buraxılacaq. Qanı yoxlamamış istifadəyə buraxmaq olmaz”.

Z.Əlimirzəyeva Aşura günü qan verənlər arasında xəstələrin olması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Belə bir fakt qeydə alınmayıb. Əməkdaşlarımız Aşura günü qan verənlərin hamısını bir-bir yoxlayırdılar. Səhhətində problem olanların heç birindən qan götürülməyib. Gözündə ciddi problemi olan, şəkərli diabeti olan bir neçə xəstə var idi ki, qan vermək istəyirdilər. Amma biz buna mane olduq. Ona görə də belə məlumatlar əsassızdır”.

Qeyd edək ki, Azərbaycanda hər il Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə uyğun olaraq Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

Ölkə.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300