"Karqo Şamil”in obyektlərində əməliyyat : saxlananlar var 

 

Gömrükdə əsas monopolistlərdən biri olan Şamil Heydərovun "Binə” və "Sədərək” ticarət mərkəzlərindəki karqo daşımalarına əl qoyulub.

AzEuroNews.com xəbər verir ki, bu barədə fevralın 17-də sosial şəbəkələrdə məlumat yayılıb. Hər iki bazardan Ş.Heydərovun adamları aparılıb.

Onların hansı dövlət strukturu tərəfindən saxlanması haqda yazılmayıb. Şərhlərdə deyilir ki, buna səbəb karqoda qiymətlərin qaldırılması olub. Ona görə də Heydərovun obyektlərinə basqın edilib.

2013-cü ildə "Klassik-2” şirkətinin prezidenti olmuş Ş.Heydərov polisə müraciət edərək "Sədərək” ticarət mərkəzində yerləşən özünə məxsus obyektdən 210 min dollar və 10 min manat oğurlandığını bildirmişdi.

Aylar sonra oğurluqda şübhəli bilinən Astara sakini həbs olunmuşdu. Ş.Heydərovun kimliyinə gəlincə, "Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirir və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr.

Hazırda isə Azərbaycanın gömrük sistemində külli-ixtiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300