Cəlilabad təhsilini korrupsiya məngənəsində boğan Vidadi Dövlətovdur?
Nazir Mikayıl Cabbarov acınacaqlı vəziyyəti düzəltmək üçün RTŞ müdiri Vidadi Dövlətovu işdən azad etməlidir
 


«Kaş ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cəlilabad Rayon Təhsil Şöbəsində yoxlama aparaydı»



«Cəlilabad rayonunda təhsil sistemi olduqca bərbad vəziyyətdədir. Rayon Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətovun xoşagəlməz əməlləri nəticəsində rayonda təhsil sahəsi xeyli geriləyib». Bu sözləri redaksiyamıza adının çəkilməsini istəməyən rayon sakinləri deyiblər. Onların sözlərinə görə, şöbə müdirinin rəhbərliyi altında Cəlilabadda təhsil məhv olmaq həddinə gəlib çatıb: «Şöbə müdiri aprel ayında vəzifəyə qoyulub. Köhnə müdirin vaxtında problemlər çox idi. Belə ki, keçən ilin əvvəllərində hamımız sevinirdik. Xəbər yayılmışdı ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları rayonda 20-yə yaxın məktəbdə yoxlama aparıb və yoxlamalar nəticəsində rayon təhsilində 2 milyon manat yeyintinin olduğu üzə çıxıb. Sonradan xəbərin yalan olduğu üzə çıxdı.



Kaş ki, hər şey deyilən kimi olaydı və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cəlilabad Rayon Təhsil Şöbəsində yoxlama həyata keçirəydi. Bu hər birimizin ürəyincə olardı. Çünki biz bilirik ki, şöbə müdirinin fəaliyyətində nöqsanlar çoxdur. İdarənin rəsmiləri bura baş çəkən kimi şöbə müdiri məsuliyyətə cəlb olunacaq. Onun həyata keçirdiyi qanundan kənar işlərin ölçüsü yoxdur. Rayon məktəblərinin bir çoxunda əlavə dərs saatları, həmçinin müəllim ştatları yaradılıb. Şöbə rəhbəri bu tip işlərini əsasən bacısı oğlunun vasitəsilə görürdü. Amma bir müddət əvvəl bacısı oğlunu narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs etdilər». Sakinlərin dediklərinə inansaq, Təhsil Nazirliyinin əməkdaşları bir neçə dəfə RTŞ-də yoxlama aparıblar. Buna baxmayaraq, Vidadi Dövlətov qeyri-qanuni işlərindən əl çəkməyib.



Vətəndaşlar deyir ki, bir neçə il əvvəl Təhsil Nazirliyinin nümayəndələri Cəlilabadda saxta diplomlu müəllimləri aşkarlayıb: «76 müəllim diplomu qaydasında olmadığından işdən azad edildi. Lakin üç-dörd ay keçəndən sonra şöbə müdiri bu müəllimlərin bir neçəsini nəyinsə qarşılığında işə bərpa etdi. Vidadi müəllim nazirliyin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi test imtahanlarına əhəmiyyət vermir. Belə ki, Cəlilabadda müəllim işləmək istəyən şəxslərin «imtahanını» şöbə müdiri özü keçirir. Yəni RTŞ müdiri nazirliyin xəbəri olmadan işə qəbul aparır. Ali təhsili olmayan bəzi şəxslər məktəblərdə işə götürülür». Onu da öyrəndik ki, rayonun Kövüzbulaq kəndində 2 nəfərə saxta şəhadətnamə verilib və bu işi icra edənlər hazırda müəllim işləyir: «Hansı direktor və müəllim şöbə müdirinin hörmətini edirsə, qanunları çox rahat şəkildə poza bilir. Rayonda təhsil sistemi tamam başqa prinsiplər üzərində qurulub. Bunun ən bariz nümunəsi 2010-2011-ci dərs ilində məzunların göstərdiyi «uğur»dur. Həmin ildə barmaqla sayılacaq qədər məzun ali məktəblərə qəbul ola bildi. Daha dəqiq desək, 2011-ci ildə rayon məktəblərini 2129 şagird bitirib, onların 1235-si attestat alıb. Attestat alanların 52,96 faizi, yəni 654 nəfəri qəbulda iştirak edib.210 məzun tələbə olub. Rayon abituriyentlərinin ana dili, ədəbiyyat, tarix, coğrafiya, ingilis dili fənləri üzrə göstəriciləri ölkə üzrə orta göstəricilərdən də aşağıdır. Onların qəbulda topladığı orta bal 211.565-dir. Bu, ölkə üzrə orta göstəricidən 6,3 faiz aşağıdır. Cəlilabad təhsili yaman pis gündədir. Məktəblərə ayrılan kompyuterlər işləmir. Hansı müəllimlər ki, təzyiq altındadır, hər ay maaşlarından 40 faiz tutulur. Avadanlıq adı altında dövlət büdcəsinə zərbə vurulur. Bu kimi işlərə imza atan şöbə müdiri cəzasız qalıb. Səhv etmiriksə, rayonda 76 məktəb fəaliyyət göstərir. Ancaq onların demək olar ki, heç birində normal təhsil yoxdur. Şagirdlərin dərsə davamiyyəti olduqca aşağıdır. Repititor yanına gedən şagirdlər «aylığa» çıxıb dərsə gəlmirlər. «Aylığın» qiymətini isə direktorlar təyin edir. Əlbəttə, onlar şagirdlərdən aldıqlarından şöbə müdirinə də nəysə çatdırırlar. Cəlilabadda təhsilin belə ağır vəziyyətdə olması bizi narahat edir. Buna görə də təhsil naziri Mikayıl Cabbarova səslənib demək istəyirik ki, Vidadi Dövlətovu vəzifədən kənarlaşdırsın. Biz bu şəxsin şöbə müdiri postunda qalmasını istəmirik, vəssalam». Yəqin ki, hörmətli nazir sakinlərin istəyini nəzərə alıb RTŞ müdiri haqqında öz qərarını verəcək.



Əlavə olaraq onuda qeyd edə bilərik ki, Cəlilabadın Əliabad kənd sakinləri redaksiyamıza məktub yollayaraq bildirirlər ki, Vidadi Dövlətovun kəndimizdəki məktəbdən demək olar ki, xəbəri yoxdur. Çünki, məktəbin şagirdlərinin demək olar ki. 30 faizi gedir məktəbə. Məktəb bərbat vəziyyətdədir. Davamiyyət yoxdur məktəbdə. Məktəbin istilik sistemi, belə demək olar ki, məktəbə aid nə varsa Əliabad kənd məktəbində onların heç əlli faizi yoxdur.(reportyor.tv)



Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300