"Real" 93-cü dəqiqədə qol buraxaraq "Espanyol"a məğlub olub

 

"Real" futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Espanyol"a məğlub olub.

"Report” xəbər verir ki, Barselona şəhərinin "Kornelya-El Prat" stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Herar Moreno vurub.

Madrid komandası 2007-ci ildən bu yana ilk dəfə olaraq "Espanyol"a məğlub olub. Həmin vaxt Kataloniyanın paytaxtında baş tutan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Real" (51 xal) turnir cədvəlində hazırda üçüncü, "Espanyol" (31) isə 13-cü yeri tutur.

İspaniya Primerosu. 26-cı tur

"Espanyol" – "Real Madrid" - 1:0

Qol: 1:0 – Moreno – 90+3

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300