Azərbaycanlı tələbələr Karampetyanı rüsvay etdi - Video

 

Ötən gün fevralın 27-də "Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası”nın Brüsseldə, Avropa Parlamentində keçirdiyi tədbir zamanı zala daxil olan azərbaycanlı tələbələr bu təşkilatın rəhbəri Kaspar Karampetyanı rüsvay ediblər.

Virtualaz.org xəbər verir ki, tədbir zamanı zala azərbaycanlı fəallardan ibarət iki qrup daxil olub. Birinci qrup iclas zamanı moderatorlara Xocalı soyqırımı barədə kəskin suallar veriblər, çıxışçılar bu suallara cavab tapa bilməyiblər.

Daha sonra əllərində "Justice for Xojalı” plakatları tutmuş ikinci qrup zala daxil olub. Bu zaman ermənilər azərbaycanlı gənclərin əllərindən plakatları almaq üçün onlara hücum ediblər. Lakin buna müvəffəq olmayıblar, azərbaycanlı gənclər "Xocalı” şüarları səsləndirərək zalı tərk etməyiblər. Nəticədə ermənilər tədbirin Feysbuk üzərindən canlı yayımını dayandırmalı olublar.

Tədbirin moderatorlarından biri, Daşnaksütun lideri Kiro Manoyan baş verənlərdən çox pərt olub və özünü itirib. EAFJD rəhbəri Kaspar Karampetyan isə Avropa Parlamentinin mühafizə xidmətinə müraciət edərək azərbaycanlıları zaldan kənarlaşdırmağa çağırıb.

Habelə tədbirin ortalarında ermənilərin köhnə dostları Yelena Teoxrus, Tatyana Zdanoka, Frank Engel (özünün erməni arvadı ilə birlikdə) də gəliblər. Bundan sonra ermənilər azərbaycanlıların yenidən gələ biləcəyindən ethiyat edərək zalın bütün girişlərinə mühafizə yerləşdiriblər.

Xatırladaq ki, Azərbaycan Baş prokurorluğu EAFJD rəhbəri Kaspar Karampetyan barədə ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq çağırışlara, dövlət sərhədini qanunsuz keçməyə görə cinayət işi qaldırıb. Karampetyan barəsində beynəlxalq axtarış elan edilib.

Bundan əvvəl isə haqqin.az və virtualaz.org saytları Karampetyanın cinayətkar fəaliyyəti barədə araşdırma dərc etmişdi. Həmin araşdırmaya görə Karampetyanın belçikalı vəkili müəllif Eynulla Fətullayevi "böhtana görə cinayət məsuliyyəti” ilə hədələyir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300